EN

Bayden Ukrayna üçün son hərbi paketi hazırlayır

ABŞ prezidenti Co Baydenin administrasiyası prezident seçkilərinin qalibi Donald Trampın vəzifəyə başlamasından sonra Kiyevə dəstəyin geri çəkiləcəyi qorxusu səbəbindən Ukraynaya təcili olaraq 6 milyard dollardan çox dəyərində son hərbi yardım paketini göndərməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə  Amerikanın "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bu məbləğə ABŞ-nin mövcud ehtiyatlarından silah alınması üçün nəzərdə tutulan 4,3 milyard dollar və ölkənin müdafiə şirkətləri ilə bağlanmış müqavilələr üzrə təchizat üçün nəzərdə tutulan 2,1 milyard dollar daxildir.

Nəşr vurğulayır ki, silahların tədarükü prosesi adətən bir neçə ay çəkir. Beləliklə, Bayden administrasiyası tezliklə yeni yardım elan etsə belə, çox güman ki, Tramp Ağ Evə qayıdana qədər Kiyevə tam çatdırılmayacaq.

Gülayə Mecid 

Chosen
24
1
unikal.az

10Sources