EN

Naxçıvan SİF bu il layihələrin maliyyələşdirilməsinə 2,76 milyon manat vəsait sərf edib

Naxçıvanda verilən kreditlərin 75,9 faizi sənaye sektorunun payına düşüb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ilin 10 ayı ərzində ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi sənaye və kənd təsərrüfatı sahələrinə yönəlib.

Cari ilin 10 ayı ərzində layihələrin maliyyələşdirilməsinə 2 milyon 767 min manat vəsait sərf olunub.

Verilən kreditlərin 75,9 faizi sənaye sektorunun, 16,9 faizi müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafının, 7,2 faizi xidmət sektorunu dəstəkləyən layihələrin payına düşüb.

 

Chosen
14
3
iqtisadiyyat.az

6Sources