EN

Cəlilabadda şəkər çuğundurunun yığımı başlayıb, gəmiricilər məhsuldarlığı aşağı salıb

Cəlilabad rayonunda şəkər çuğundurunun yığımı başlayıb.

FED.az xəbər verir ki, bu barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il 148 hektar sahədə şəkər çuğunduru əkilib. Bu günə qədər sahələrdən 2 min ton məhsul əldə olunub. Orta məhsuldarlığın hər hektar üçün 24-25 ton olacağı gözlənilir.

Məlumata görə, ötən il rayonda cəmi 3 hektar sahədə bu bitki əkilib.

Fermerlərin sözlərinə görə, hava şəraiti quraq keçdiyi üçün gəmiricilər məhsula xeyli ziyan vurub. Həmçinin quraqlıqla bağlı məhsul yığımı da digər rayonlarla müqayisədə bir qədər gecikib. Nəticədə isə məhsuldarlıq azalıb. (Report)

Chosen
9
3
fed.az

4Sources