EN

Manat ucuzlaşa bilər? - İqtisadçıdan mühüm açıqlama

Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə bağlı fikirlər səslənir. Bugünkü faktorlar fonunda fundamental amillər məzənnə dəyişikliyinə zərurət yaratmır. Məzənnə dəyişikliyi dedikdə əhali daha çox manatın xarici valyuta, xüsusən də dollar qarşısında dəyər itirməsini nəzərdə tutur. İndiki şərtlər daxilində tədiyyə balansının profsiti, ticarət saldosu, neftin qiyməti, strateji valyuta ehtiyyatlarının həcmi Azərbaycanda manatın möhkəmlənməsi istiqamətində olan meyilləri daha da gücləndirir.

News24.az bildirir ki, bunu Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.

“Hökumətin strateji sənədlərinə, həmçinin 2025-ci il və sonrakı illər üçün proqnozlara baxdıqda hər hansı məzənnə siyasətində dəyişiklik gözlənilmir. Dollara münasibətdə olan məzənnə bu mənada müqayisəli formada təhlil olunur”, - deyə o əlavə edib.

İqtisadçı hesab edir ki, ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsi, proqnozlara əsasən daha ucuz dollar siyasəti ilə nəticələnəcək:

“Ucuz dollar siyasəti manatın digər valyutalara münasibətdə müvafiq olaraq dəyər itirməsinə səbəb olar. Yəni dollar dəyər itirəcəksə, manat da o həcmdə dəyər tirmiş olacaq. Trampın ABŞ-da birinci prezidentlik dövründə belə təzyiqlər olub. Sadəcə olaraq ABŞ-ın Federal Ehtiyyatlar Fondu bu təzyiqlərə davam gətirə bildi. Beləliklə, dollar ciddi şəkildə ucuzlaşmaya getmədi”.

Rəşad Həsənova görə, FED-in həyata keçirdiyi siyasət nəticəsində dünya bazarında dolların ucuzlaşması gözlənilir:

“Amerikada növbəti mərhələdə proses bu istiqamətdə gedəcək. Bu, Azərbaycan manatının digər valyutalara münasibətdə ucuzlaşmasına gətirib çıxaracaq. Sözsüz ki, manatın məzənnəsinə təsir göstərən faktorlar var. Burada 90-95 faizlik təsir amili karbohidrogen resurslarının qiyməti ilə bağlıdır. Karbohidrogen resurslarının isə indiki reallıqda aşağı düşməsi riski azdır. Bu da manata həmin istiqamətdən ciddi təzyiqlərin gözlənilmədiyini təsdiq edir”.


Chosen
5
2
news24.az

3Sources