EN

Vətən müharibəsinin xronikası: 7 noyabr – VİDEO » AzadMedia.az



2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsinin 42-ci gününün xronikasını təqdim edirik.

• Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter hesabında bildirib.

• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının 1-ci taborunun bölmələrinin şəxsi heyəti arasında itkilər olub. Düşmən ordusunun D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

• Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.

• Ermənistan ordusu cəbhənin Ağdam istiqamətində itkilər verib.

• Ermənistan silahlı qüvvələrinin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib.(Bizim.Media)
Chosen
63
47
azadmedia.az

10Sources