8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) silsilə tədbirlər keçirir.
Bu barədə Viral.az-a ADSEA-dan bildirilib.
II Qarabağ müharibəsi iştirakçılarının mükafatlandırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsində xüsusi mərasim gerçəkləşib. Mükafatlandırma mərasimində 32 vətən müharibəsi iştirakçısına qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
Son Yazılar:
- ADSEA-nın qazi əməkdaşları mükafatlandırdı – FOTO
- Aeroporta getmək istəyənlər bu yollardan keçməlidir – SİYAHI
- Milli Məclis Prezidentə və Birinci xanıma təbrik məktubu GÖNDƏRDİ
Tədbirdə çıxış edən ADSEA-nın nümayəndələri və idarənin rəisi Samir Cəbrayılov qeyd ediblər ki, Azərbaycanın müstəqilliyi naminə vuruşan hər əsgər, qazi, vətən müharibəsi döyüşçüsü hər zaman ADSEA rəhbərliyi tərəfindən qürurla anılır və diqqətdə saxlanılır.
İdarənin əməkdaşları olan qazilər də çıxışlarında onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər. Vətənin inkişafı və parlaq gələcək naminə bundan sonra da səylə fəaliyyət göstərəcəklərini vurğulayıblar.