EN

Dini Komitənin sədri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "İki sahil"ə Komitədən məlumat verilib.

Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, R.Məmmədovun noyabrın 15-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Belə ki, Komitə sədri noyabrın 14-də Şirvan şəhərində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Şirvan şəhər Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) keçiriləcək.

Chosen
17
2
ikisahil.az

3Sources