Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının 7-8 noyabr tarixlərində keçiriləcək qeyri-rəsmi görüşündə Gürcüstandakı vəziyyət müzakirə ediləcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin dəvət məktubunda bildirilib.
"Biz həmçinin Gürcüstanda seçkilərdən sonra yaranmış vəziyyəti və irəliyə doğru yolları müzakirə edəcəyik", - məktubda qeyd edilib.