EN

Deputat: "Fransanın Azərbaycana qarşı danışmağa heç bir haqqı yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"BMT-nin COP29 kimi mötəbər tədbirinə qarşı Qərbdə təhdidlər səslənir, tədbirin boykot edilməsinə çağırışlar edilir. Halbuki, Avropada iqlim dəyişikliyi mövzusu Avropa Parlamentində mühüm yer tutur. Bu, riyakarlıqdan başqa bir şey deyil".
Oxu.Az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, Avropa Parlamentində, xüsusən də Yaşıllar Partiyası səhər-axşam iqlim dəyişikliyindən danışır, amma Azərbaycana gələndə ikiüzlülük edilir:
"Lakin burada da Fransa xüsusilə fərqlənir. Halbuki, bu ölkə öz müstəmləkələrinə, Fransız Polineziyasına zaman-zaman nə qədər ekoloji zərər vurub. Ona görə də Fransanın Azərbaycana qarşı danışmağa heç bir haqqı yoxdur. COP29 ümumbəşəri dəyərdir və buna qarşı çıxmaq ümumbəşəri dəyərlərə qarşı çıxmaqdır. Bu baxımdan, həmin qüvvələr öz gündəliklərini yenidən nəzərdən keçirməli və böhtanlarına son qoymalıdırlar".
Mərahim Nəsib
Chosen
28
50
oxu.az

10Sources