EN

NASA Yupiterin ən yüksək keyfiyyətli şəkillərini yayıb - Fotolar

NASA

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) dünya tarixində Yupiterin ən keyfiyyətli fotoşəkillərini dərc edib.

Reyting.az
xəbər verir ki, fotolar Günəş sistemindəki beşinci planetə 66-cı uçuşu zamanı “Juno” zondu tərəfindən çəkilib.

Xatırladaq ki, “Juno” kosmik gəmisi 2011-ci ildə buraxılıb və 2016-cı ildə 2,735 milyard kilometr məsafə qət edərək Yupiterə çatıb. O vaxtdan bəri zond müntəzəm olaraq Yupiter və onun peyklərinin yanından uçaraq onların fotoşəkillərini çəkərək məlumatları Yerə ötürüb.



Son uçuş zamanı zond planetin ən yüksək keyfiyyətli fotoşəkillərini çəkib. Məsələn, o, Yupiterin şimal qütbünün yaxın planını çəkib (bu bölgədə hər birinin diametri təxminən 4000 km olan səkkiz digər siklonla əhatə olunmuş mərkəzi siklon aşkar edilib).

“Juno” Yupiterin ən məşhur fırtınası olan Böyük Qırmızı Ləkənin də fotolarını çəkib. Əgər 1979-cu ildə o, Yerdən iki dəfə böyük idisə, indi planetimizdən “cəmi” 1,3 dəfə böyükdür.



“Juno” tərəfindən əldə edilən məlumatlar Böyük Qırmızı Ləkə qasırğasının dərinliyinin təxminən 320 km olduğunu göstərib. Zond qaz nəhənginin cənub qütbündən keçərkən böyük siklonları da aşkar edib.



V. QULİYEV
Chosen
11
3
reyting.az

6Sources