EN

İrəvan COP29-da iştirakı ilə bağlı hələ də qərar verməyib

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin bütün mətni ilə bağlı hələ razılıq yoxdur”.

“Qafqazinfo” “Yerevan Today”ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın Bakıda keçiriləcək COP29 sammitində iştirakı ilə bağlı da yekun qərar verilməyib.

Kostanyan, həmçinin iki ölkə liderləri və yaxud XİN rəhbərləri arasında mümkün görüş barədə razılığın da olmadığını bildirib.

Chosen
11
12
qafqazinfo.az

10Sources