EN

Arteta “İnter”ə məğlubiyyəti şərh etdi, hakimlərdən gileyləndi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasında “İnter”ə səfər məğlubiyyətinə aydınlıq gətirib, hakimlikdən gileylənib.

Arena.az xatırladır ki, “topçular” yarışın Liqa mərhələsinin 4-cü turu çərçivəsində “İnter”ə 0:1 hesabı ilə məğlub olublar.

Matçdan sonra baş tutan mətbuat konfransında Arteta jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Mən oyunçularımla və onların göstərdiyi üstünlük səviyyəsi ilə fəxr edirəm. Bugünkü oyunda heç olmasa bir-iki qol vurmalıydıq, amma bu, alınmadı. Ancaq komandanın oyununa baxaraq mühakimə yürütsək, biz özümüz idik. Cərimə meydançasında verilən hər bir qərar önəmlidir.

Penalti ilə bağlı məqamlarda bizimlə çox sərt davrandılar, bu, göz qabağındadır. Əgər penalti təyin edilirsə, o zaman onu başqa məqamda da (ikinci hissənin sonunda Yan-Aurel Bissek və Kay Haverts arasında toqquşma – redaktorun qeydi) vermək gərəkdir, çünki oyunçunun başına zərbə endirilir.

Bizim qapmıza təyin edilmiş penalti? Burada sıçrayış yoxdur, cərimə meydançasında bundan qurtulmaq üçün edə biləcəyiniz heç bir şey də yoxdur. Bu penalti verilirsə, o başqa məqamda da təyin edilməlidir, buna yüz fazi əminəm”, deyə ispan mütəxəssis narazlıqla vurğulayıb.

Xatrıladaq ki, oyunda yeganə qolu, “neradzurri”nin türk dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlu vurub. Çalhanoğlu birinci hissəyə artırılmış təzminat müddətində (45+3) penaltini qola çevirib.

4 turdan sonra “Arsenal” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 7 xalla 12-ci pillədə qərarlaşıb. “İnter” isə 10 xalla 5-ci pillədədir.

Chosen
17
arena.az

1Sources