EN

Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılınıb - YENİLƏNİB

Ağdama səfər edən yerli və əcnəbi dini liderlər Şəhidlər xiyabanını və Cümə məscidini ziyarət edərək camaat namazı qılıblar.

"Far.Az" xəbər verir ki, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ziyarətçilərə Birinci Qarabağ müharibəsi, Xocalı faciəsi qurbanları və Ağdamda dəfn edilən Vətən müharibəsi şəhidləri ilə bağlı məlumat verib.

Dini liderlər şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar, Qurandan ayələr oxuyublar.

Daha sonra Ağdam Cümə məscidində ziyarətçilərə işğal dövründə məscid və dini abidələrə qarşı törədilən vandalizm haqqında faktlar nümayiş olunub.

Cümə məscidində, həmçinin Türkiyə Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş tərəfindən azan verilib, camaat namazı qılınıb.

10:06

Bu gün Ağdam Cümə məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə camaat namazı qılınacaq.

"Far.Az"un azad olunmuş ərazilərə ezam olunmuş əməkdaşı xəbər verir ki, dini ayin 31 ildən sonra Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri çərçivəsində baş tutacaq.

Məlumata görə, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş Ağdam Cümə məscidində azan verəcək, daha sonra camaat namazı qılınacaq.

Foto: Samirə Həsənova

Chosen
50
23
far.az

10Sources