EN

İlan sancan hamilənin həyatı qurtarıldı, körpəsi dünyaya gəldi - FOTO

Bir müddət əvvəl yeddiaylıq hamilə qadının ilan sancması səbəbi ilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi dünyaya gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
 
Bildirilib ki, 31.10.2024-cü il tarixində Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji patologiya şöbəsinə qəbul olunub.
 
Daxil olduğu gündən noyabrın 6-sına qədər ana müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.
 
Noyabrın 6-da ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən, hamiləlik qeysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb.
 
Çəkisi 3 kq, boyu 51 sm olan uşaq (kişi cinsli) dünyaya gəlib.
 
Hazırda ananın və körpənin vəziyyətləri kafidir.

Chosen
19
27
moderator.az

10Sources