EN

“Səbail” – “Sabah” oyunu ilə bağlı qərar

AFFA-nın İntizam Komitəsi U-17 Liqasında keçirilən “Səbail” – “Sabah” oyununda yaşananlara hüquqi qiymət verib.

İdman.biz xəbər verir ki, görüşün 87-ci dəqiqəsində baş verən qalmaqalın günahkarları cəzalandırılıb.

“Səbail”in futbolçusu Əli Quliyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, üç oyunluq diskvalifikasiya edilib.

Onun komanda yoldaşı Əli Əliyev rəqibi əli ilə vurmağa cəhd etdiyinə görə qırmızı vərəqə ilə cəzalanıb. Komitə ona 2 matçlıq cəza verib.

Qonaq komandanın futbolçusu Akif Allahverdiyev də “fərqlənənlər” sırasında olub. O, rəqibi vurduğuna və təhqir etdiyinə görə qırmızı vərəqə alıb. Akif 4 oyunluq cəzalandırılıb.

İdman.biz

Chosen
13
idman.biz

1Sources