Son illər 20-dən çox bank bağlanıb, ona görə də əhalinin banklara etimadı azalıb.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O qeyd edib ki, Mərkəzi Bank konkret addımlar atmalıdır:
"Mən təklif edəndə ki, 2 milyard yerli banklara yerləşdirilsin, Elman Rüstəmov demişdi ki, bizim iqtisadiyyatımız bu vəsaiti həzm edə bilməz".