EN

Dünya bazarında neft kəskin ucuşlaşa bilər

Dünya

ABŞ-da prezident seçkilərinin qalibi olmuş Donald Tramp gələn ilin may ayına qədər dünya bazarında neftin qiymətini bir barrel üçün 50 dollara endirə bilər.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə rusiyalı oliqarx Oleq Deripaska çıxış edib.

Onun sözlərinə görə, may ayına qədər neftin bir barreli 50 dollar ola bilər.

“The Moscov Times” yazır ki, D. Tramp həqiqətən də neftin qiymətinin aşağı salınması məsələsini ciddi şəkildə həll etmək niyyətindədir. Xüsusilə, seçkilərdə qalib gəldikdən sonra ilk çıxışında o, neft quyularının kütləvi işlənməsinə başlayacağına söz verib.

“Dünyanın hər hansı digər ölkəsindən daha çox qara qızılımız var. Hətta Səudiyyə Ərəbistanından və Rusiyadan da çoxdur”, - Tramp deyib. Bu açıqlamadan sonra Brent markalı neftin qiyməti 2 faiz ucuzlaşıb.

Qeyd edək ki, hazırda Trampın qələbəsinin bazar reaksiyası diqqətlə izlənilir. Məsələn, Ukrayna avrobondları Trampın seçkilərdə qələbəsi xəbərləri fonunda bahalaşıb. Mütəxəssislər bunu investorların ABŞ-nın yeni prezidentinin müdaxiləsi ilə müharibənin tezliklə başa çatacağına ümid etdikləri ilə əsaslandırırlar.

Bununla belə, Rusiyada yerli şirkətlərin səhmləri də bahalaşıb. Amma Avropa itirməyə başlayıb. Avropa Birliyi və ABŞ arasında yeni ticarət müharibəsi gözləntiləri fonunda Avropa valyutası ucuzlaşa bilər.

V. QULİYEV
Chosen
17
reyting.az

1Sources