EN

MDB ölkələri hərbi əməkdaşlıq konsepsiyasını hazırlayacaq

MDB ölkələri 2030-cu ilə qədər davam edəcək hərbi əməkdaşlıq konsepsiyasının layihəsini hazırlamağa başlayıblar.

EDnews "Kommersant”a istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev açıqlama verib.

Onun sözlərinə görə, sənəd hazırkı geosiyasi vəziyyətdə mühüm əhəmiyyət kəsb edir. Lebedev bildirib ki, sənəddə ortamüddətli perspektivdə qarşılıqlı fəaliyyət üçün aydın prioritetlər və yeni təlimatlar” göstəriləcək.

"Biz ondan çıxış edirik ki, ölkələrimizin silahlı qüvvələrinin döyüş və taktiki-texniki hazırlığı mövcud təcrübənin və elmi nailiyyətlərin qarşılıqlı zənginləşdirilməsi əsasında həyata keçirilməlidir”, deyə Lebedev əlavə edib. 

Bu gün, noyabrın 7-də Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 12-ci iclası açıq elan edilib. Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqu iclasa qatılıb və Ukraynadakı hərbi münaqişəyə toxunub. Onun fikrincə, Qərb indi seçim qarşısındadır - ya Ukraynanı maliyyələşdirməyə davam etmək, ya da danışıqlara başlayacaq. "Wall Street Journal” yazıb ki, yanvarda vəzifəyə başlayacaq ABŞ prezidenti Donald Trampın müşavirləri tərəfindən artıq sülh planı hazırlanır.

Chosen
7
1
ednews.net

2Sources