EN

Azərbaycanda turagentlərdə çalışanların sayı azaldı - Gəlirlər artdı

Azərbaycan turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin turagent və turoperatorların gəlirlərində artım müşahidə edilib. 

Valyuta.az-ın məlumatına görə, onların gəlirlərində artım müşahidə edilsə də, 2024-cü ilin yanvar ayındadək olan rəsmi məlumata görə, 2019-cu illə müqayisədə 100-dən çox turagent, turoperator müəssisələri bağlanıb. 

Belə ki, ölkəmizdə 2019-cu ildə 432 turagent, turoperator fəaliyyət göstərirdisə, bu ilin yanvar ayında onların sayı 300-ə enib. Həmin müəssisələrdə 2019-cu ildə 2205 nəfər çalışırdısa, hazırda çalışanların sayı 1698 nəfərdir. Amma buna baxmayaraq turagent və  turoperatorların gəlirləri 2019-cu ildə 63363,8 min manat idisə, hazırda 78 772,7 min manatdır.

Sadiq

Chosen
27
valyuta.az

1Sources