Qadın tennisçilər arasında ilin yekun turnirində qrup mərhələsi başa çatıb.
İdman.biz xəbər verir ki, yarışın favoritlərindən biri İqa Şvyontek mübarizəni dayandırıb.
B qrupunda 3 tennisçi eyni xal toplayıb. Şvyonteklə yanaşı Koko Qauff (ABŞ) və Barbora Kreyçikova (Çexiya) hərəyə 2 qələbə qazanıb, 1 dəfə uduzub. Setlərin nisbətində rəqiblərindən geri qalan polşalı raketka ustası 3-cü olub.
Sabah turnirin yarımfinalında Arina Sabalenka - Koko Qauff və Çjen Sinven - Barbora Kreyçikova görüşləri keçiriləcək.
Qeyd edək ki, Şvyontek 2023-cü ildə yekun turnirin qalibi olmuşdu.
İdman.biz