EN

Almaniyada ABŞ vətəndaşı casusluqda ittiham edilir

Almaniyada ABŞ vətəndaşı Çin Xalq Respublikasına casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Departamentin məlumatına görə, ABŞ vətəndaşı Federal Məhkəmənin müstəntiq hakiminin 30 oktyabr 2024-cü il tarixli qərarı əsasında noyabrın 7- də Frankfurt-am-Mayndə saxlanılıb.

Qeyd olunur ki, ABŞ vətəndaşı son vaxtlara qədər Almaniyada ABŞ silahlı qüvvələri üçün çalışsa da, 2024-cü ildə Çin Xalq Respublikası ilə əlaqə yaradıb.

“2024-cü ildə o, Çinin dövlət qurumları ilə əlaqə saxlayıb və onları ABŞ ordusundan alınan məxfi hərbi məlumatları təhvil verməyi təklif edib. O, müvafiq məlumatı ABŞ silahlı qüvvələrində işlədiyi müddətdə əldə edib”, - departamentin açıqlamasında bildirilir.


Müəllif: Arzu
Chosen
49
21
teleqraf.com

10Sources