Sankt-Peterburqda naməlum şəxslər "Oktyabr İnqilabı"ın ildönümündə Vladimir Leninin abidəsinə hücum edib.
Paralel.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə yerli "Teleqram" kanallarında məlumat yayılıb.
Məlumata görə, hadisə Krasnoe Seloda baş verib. Noyabrın 7-də yerli parkda yerləşən Leninin abidəsinin altına ağ boya ilə “Yəhudi və cəllad” yazıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisə yerində olduğu bildirilib.