Avropa Liqasında Liqa mərhələsinin IV turunun ən yaxşı qoluna namizədlər bəlli olub.
İdman.biz xəbər verir ki, bunu UEFA-nın rəsmi saytı açıqlayıb.
"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Bodo Qlimt"in qapislndan keçirdiyi top da ən yaxşı adına namizədlər arasında yer alıb. O, təmsilçimizin 2:1 hesabı ilə qalib gəldiyi görüşün 22-ci dəqiqəsində hesabı açıb.
Toralın rəqibləri "Ayntraxt"dan Omar Marmuş, "Ludoqorets"dən Erik Markus və "Qalatasaray"dan Yunus Akgündür.
Qeyd edək ki, ən yaxşı qolun müəllifi UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə bəlli olacaq.
Ä°dman.biz