EN

Çinin valyuta ehtiyatları oktyabrda 3 trilyon 261 milyard dollara qədər azalıb

Çinin Dövlət Valyuta Klirinq İdarəsi oktyabr ayı üzrə valyuta ehtiyatı məlumatlarını açıqlayıb.

Marja xəbər verir ki, ölkənin valyuta ehtiyatları oktyabrın sonunda əvvəlki ayla müqayisədə 55,3 milyard dollar azalıb.

Sentyabr ayı ilə müqayisədə 1,67 faiz azalan ehtiyatların ümumi məbləği 3 trilyon 261 milyard dollar olub.

Açıqlamada oktyabr ayında ABŞ dolları indeksinin artdığı, qlobal maliyyə aktivlərinin qiymətlərinin isə azaldığı bildirilib və valyuta ehtiyatlarının azalmasının svop əməliyyatları ilə aktivlərin qiymətlərindəki dəyişikliyin birgə təsiri nəticəsində baş verdiyi vurğulanıb.

Çinin valyuta ehtiyatları 11 ay ərzində 3,2 trilyon dollardan yüksək məbləğlərdə qalıb.

Chosen
15
marja.az

1Sources