Ölkələrin UEFA reytinqi yenilənib.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında 4-cü turun oyunlarından sonra ölkələrin yerlərində dəyişiklik olub.
“Qarabağ”ın Norveçdə “Bodo Qlimt”i 2:1 hesabı ilə məğlub etməsi sayəsində Azərbaycan aktivinə 0,500 xal əlavə edib. Hesabındakı xal sayını 19,625-ə çatdıran Azərbaycan reytinqdə bir pillə irəliləyərək, 27-ci sıraya yüksəlib. Azərbaycan sıralamada Bolqarıstanı geridə qoyub.
UEFA reytinqinə 95,160 xalla İngiltərə başçılıq edir.