EN

Rekordçudan Avropada 15-ci qol

Abdullah Zubir “Qarabağ”ın heyətində 15-ci avrokubok qoluna imza atıb.

İdman.biz xəbər verir ki, onun yubileyi Avropa Liqasının “Bodo Qlimt”lə matçına təsadüf edib.

33 yaşlı yarımmüdafiəçi Liqa mərhələsinin IV turunda qələbə qoluna imza atıb – 2:1. 1994-cü ildən Ağdam klubunda çıxış edən fransalı legioner 94-cü avrokubok matçında 15-ə çatıb.

Bu, həm də Zubirin Avropa Liqasında 10-cu qoludur. O, Çempionlar Liqasında 2, Konfrans Liqasında 10 dəfə fərqlənib.

Abdullah Azərbaycan klublarının Avropadakı ən məhsuldar oyunçusudur. 15 qola malik fransalı Olavio Juninyonu 2, Reynaldonu 4, Filip Ozobiçi 5 top qabaqlayır.

Qeyd edək ki, Zubir avrokuboklarda ilk qoluna 2018/19 mövsümündə imza atıb. O, “Qarabağ”ın Avropa Liqasının qrupunda “Sportinq”ə evdə 1:6 hesabı ilə uduzduğu görüşdə rəqib qapısına yol tapıb.

Vüqar Xeyrullayev
İdman.biz

Chosen
22
idman.biz

1Sources