EN

Giya Saralidzenin Qarabağdan bəhs edən yeni sənədli filmi: "Minalanmış sahəyə ezamiyyət" - VİDEO

Jurnalist Giya Saralidze yeni sənədli filmində "Komandirovka na minnoe pole" (Minalanmış sahəyə ezamiyyət)  Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina təmizləmə işlərindən bəhs edib.

Milli.Az xəbər verir ki, filmdə Azərbaycanın Qarabağ müharibəsindən sonra qarşılaşdığı çətinliklər və bu çətinliklərin öhdəsindən necə gəlinməsi barədə məlumat verilir.

"Həyat azad edilən ərazilərdə tədricən bərpa olunur: Şuşa çiçəklənir, Ağdam yenidən qurulur, yollar çəkilir və yeni infrastruktur yaradılır. Lakin bu prosesin qarşısında minalı ərazilərin təmizlənməsi ən böyük problemlərdən biridir".

Filmdə göstərilir ki, ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) bu işlə məşğuldur. Böyük bir komanda minaları və partlamamış sursatları axtarıb təmizləyir. Filmdə xüsusilə diqqət çəkən məqam isə gənc qadınlardan ibarət xüsusi bir mina təmizləmə qrupudır. 

Giya Saralidze bu qadınlarla söhbət edərək onların göstərdikləri şücaəti və minalardan təmizləmə əməliyyatlarında üzləşdikləri təhlükələri sənədli filmində əks etdirib.

Saralidzenin "Komandirovka na minnoe pole" sənədli filmi  Azərbaycanın azad edilmiş ərazilərindəki mövcud vəziyyəti dünya ictimaiyyətinə tanıtmaq və mina təmizləmə əməliyyatlarının əhəmiyyətini vurğulamağa çalışıb.

Milli.Az



Aysel Əkbər
Milli.Az

Chosen
20
milli.az

1Sources