EN

Hakan Fidan Yunanıstana getdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 8-də Yunanıstana işgüzar səfər edib.Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, səfər çərçivəsində Hakan Fidan Yunanıstanın xarici işlər naziri Yorgo Gerapetritis ilə görüş keçirəcək. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlərin də müzakirəsi planlaşdırılır.

Görüşdən sonra iki nazirin mətbuata birgə açıqlama verməsi gözlənilir.

Chosen
11
3
metbuat.az

2Sources