EN

"Mançester Yunayted" gürcü futbolçunu istəyir - 90 milyon qiyməti var

"Mançester Yunayted"in yeni baş məşqçisi, noyabrın 11-də vəzifəsinin icrasına başlayacaq portuqaliyalı Ruben Amorim "Napoli"nin və Gürcüstan millisinin üzvü Xviçi Kvaratsxeliya maraqlanır.

Qaynarinfo xəbər verir ki, bu barədə İngiltərənin "Caught Offside" nəşri məlumat yayıb.

Məlumata görə, Amorim 23 yaşlı futbolçunu cinah hücumçusu Antoninin əvəzedicisi kimi görür.

Futbolçunun "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, Kvaratsxeliyanın bazar dəyəri 80 milyon avrodur. "Napoli" rəhbərliyi onun üçün 90 milyon avro istəyir.

Bu mövsüm Kvaratsxeliya bütün yarışlarda 12 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. O, sentyabrda İtaliya çempionatının ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, "Napoli" Kvaratsxeliyanı 2022-ci ildə Batumi "Dinamo"sundan 13,3 milyon avroya alıb. Onun atası Badri Kvaratsxeliya Azərbaycan vətəndaşlığını qəbul edərək milli komandamızda çıxış edib. Badri uzun illər "Kəpəz" və "Şəmkir"də oynayıb, 4 əfə Azərbaycan çempionu olub. O, eyni zamanda "Standard Sumqayıt" və "Turan" klublarını çalışdırıb.

Aydın

Chosen
4
qaynarinfo.az

1Sources