EN

Bakıdakı otellər COP29-u ərəfəsində 80 faiz dolub

Bakı. Trend:

Bakıdakı otellər COP29-u ərəfəsində 80 faiz dolub.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisiAnar Ələkbərov mediatur zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ümumilikdə 17 500 otel otaqlarının 80 faiziartıq satılıb.

"Qonaqların yerləşdirilməsi üçün yaşayış komplekslərindən dəistifadə ediləcək", - Anar Ələkbərov bildirib.

O əlavə edib ki, bu günə kimi Bakıda 67 min nəfər COP29 üçünqeydiyyatdan keçib.

"Çox sayda qonaq gözləyirik. Bu, Azərbaycan tarixində ən böyüktədbirdir. Bütün COP29 məkanı istifadə olunacaq, boş yer qalmayıb",- A.Ələkbərov bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Chosen
25
13
az.trend.az

10Sources