EN

Bayraq Meydanında yenidən üçrəngli Azərbaycan bayrağı qaldırılıb

Bu gün Bayraq Meydanında Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Bu meydanda ilk dəfə 1 sentyabr 2010-cu il tarixində bayraq qaldırılıb. 2011-ci ilə qədər meydanda quraşdırılan bayraq dirəyi dünyada ən hündür (162 m) bayraq dirəyi hesab olunurdu və Ginnesin Rekordlar Kitabına daxil edilmişdi. Lakin sonradan Düşənbə bu rekordu qırdı.

Ölçüsü 75 m x 35 m, çəkisi təxminən 350 kq olan Azərbaycan bayrağı Bakı küləyinə tab gətirmirdi və tez-tez cırılırdı. Üç il əvvəl meydanın və bayraq dirəyinin yenidən qurulmasına başlanıb.

2024-cü ilin mayında dünyada ən yüksək bayraq dirəyi platformasının quraşdırılmasına başlanıb. Dirəyin ümumi hündürlüyü 191 metr təşkil edir.

Ginnesin Rekordlar Kitabı təşkilatı yenidən quraşdırılmış Azərbaycan dövlət bayrağının dünyada ən böyük bayraq olduğunu təsdiq edib.

Chosen
37
turan.az

1Sources