EN

Azərbaycandan bu il 42 ölkəyə təşkil olunan aviareyslərin sayı 18,2 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 42 ölkəyə 22 268 aviareys təşkil olunub.

Fins.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ölkə (23,5 %) və 3 443 aviareys (18,2 %) çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 6 520 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 12 % çoxdur.

10 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 952 reys olub ki, bu da illik müqayisədə 3,6 % çoxdur.

İlk üçlüyə 2 567 reyslə (+32,3 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 692 (+ 27,2 %), Qazaxıstan 709 (+ 4,5 %) , Səudiyyə Ərəbistanı 702 (- 9,8 %), Hindistan 555 ( + 3,9 dəfə), Qətər 490 (+ 60,1 %), Özbəkistan 360 (+ 44,4 %) və Küveyt 354 (+ 13,8 %) daxil olub.

İndiyə qədər ilk 10-luqda olan İsrail (331 aviareys, + 13,3 %) 11-ci yerə düşüb, bu ölkənin yerinə siyahıya Hindistan daxil olub.

Təkcə oktyabr ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 5,9 % artaraq 2 103 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 655 reys təşkil olunub ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 3.3 % çoxdur.

Chosen
23
9
fins.az

10Sources