EN

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Azərbaycan Prezidentinə zəng edib

Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

İnterpress.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Özgür Özəl Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət diləyib.

“Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevindik”, – deyən partiya sədri Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırladıb.

Özgür Özəl Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini diqqətə çatdırıb.

Dövlət başçısı telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Dövlət başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğulayıb.

Chosen
7
38
interpress.az

10Sources