EN

Xəzər rayonnunda 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Vətən müharibəsinin dördüncü ildönümü ilə əlaqədar Xəzər rayonunda silsilə tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində Zəfər gününə həsr olunmuş təbir keçirilib.

6 noyabr 2024-cü il tarixində Milli Məclisin Mədəniyyət Komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, RİH başçısının müavinləri, Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə və şəxsi heyəti iştirak edib. İlk olaraq qonaqlar şəhid sərhədcilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidənin önünə gül dəstələri qoyub.

Tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 Giriş sözü ilə tədbiri açan Müzəffər Pirizadə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətə ünvanlanan təbrik məktubunu oxuyaraq, Azərbaycan ordusunun keçdiyi şərəfli tarixi yoldan söz açaraq geniş məlumat verib.

Çıxış edən Elşən Salahov tədbir iştirakçılarını salamlayaraq, şanlı zəfər yolundan danışıb. Bu şanlı zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan Respublikakısının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azad etdi. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın döyünən ürəyi sayılan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edib.

Tədbirdə çıxış edən Günay Əfəndiyeva qalib Azərbaycan ordusunun keçdiyi tarixi yolundan danışaraq, Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ordu quruculuğu ilə bağlı xidmətlərini vurğulayıb.

Daha sonra tədbir iştirakçılarına Bakı Bələdiyyə Teatrının kollektivi tərəfindən 1905-ci ildən bu günə kimi zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımlarla bağlı həqiqətləri özündə əks etdirən “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa göstərilib.

 Tamaşadan sonra Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən Bakı Bələdiyyə Teatrının kollektivini fəxri fərmanla təltif edilib.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Chosen
103
1
news365.az

10Sources