EN

“Turan Tovuz” pirotexniki vasitəyə görə cəzalandı, “Qarabağ” yox!

İntizam Komitəsindən anlaşılmaz qərar
AFFA İntizam Komitəsinin son iclasənda“Qarabağ”la oyunda azarkeşləripirotexniki vasitədən istifadə etdiyinə görə “Turan Tovuz” 1500 manat cərimələnib.


Halbuki 2-ci hissənin əvvələrində “İmarət Tayfa” da eyni vasitədən yararlanıb, ancaq Ağdam klubu buna görə cəzalanmayıb.

Görəsən, “Qarabağ”ın cərimələnməməsinin səbəbi nədir?
Bu sualı AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova ünvanladıq:

“İntizam Komitəsi AFFA nümayəndəsinin yazısı əsasında işləyir. Doğrudu ki, oyun gedə-gedə 3-4 dəfə pirotexniki vasitələrdən istifadə olundu. Araşdırdıq ki, pirotexniki vasitədən “Turan Tovuz”un azarkeşləri istifadə edib. 7 nəfərin səsvermə hüququ var. “Qarabağ”ın azarkeşlərinin pirotexniki vasitədən istifadə etdiyi göstərilmədiyinə görə yalnız“Turan Tovuz” cərimələnib. AFFA nümayəndəsinin (Azər Əsgərov – red.) oyun zamanı çoxlu işi olur. Ola bilər ki, həmin an gözündən qaçıb. Yazı olmadığına görə biz cərimələyə bilmərik. Bəzən olur ki, azarkeşlər oyundan əvvəl pirotexniki vasitələrdən istifadə edir. Bu hərəkət canlı yayına düşmədiyinə görə komanda cərimələnmir. Matçın start fiti veriləndən sonra elə hal baş verərsə, cəriməyə düşür. “Qarabağ” haqda bizə qeydlər gəlmədiyinə görə cərimələyə bilmirik. Qərar çıxandan sonra dəyişdirilmir”.


ƏSƏD SEYİDOV
Chosen
21
football-plus.az

1Sources