EN

"Zəfər bayramı öncəsi cənab prezident məni sevindirdi, mənə ikiqat sevinc bəxş etdi" - ÖZƏL

"Bu gün zəfər bayramıdır. 30 il biz torpaqlarımıza həsrətlə baxdıq. Biz inanırdıq ki, ora gedəcəyik, amma inanmırdıq ki, buna bizim ömrümüz yetəcək. Nə gözəl ki, bu hadisə baş verdi. Müharibə gözəl söz deyil. Amma bu halda o söz çox gözəl səslənir. Bu bilirsiniz nəyə bənzəyir? Həqiqətin varlığı üçün yalan danışmağa"
 
Bunu Moderator.az -a açıqlamasında xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi deyib. O daha sonra əlavə edib.
"Biz 30 il gözlədik və torpaqlarımızı öz ordumuzun gücünə azad etdik. Bütün dünya azərbaycanlıları bir oldular, yumruq oldular. Cənab prezidentin dediyi kimi dəmir yumruq.. Bu da çox böyük qüdrət, çox böyük güc idi. Analar öz övladlarını sevinclə müharibəyə yola salırdılar. Bilirdilər ki, hər şey ola bilər. Ona görə də deyirdilər ki, özünü qoru. Müharibədən kimsə qayıtmaya bilərdi.. Allah bütün şəhidlərimizə rəhmət etsin. Əlbəttə ki, biz Ali Baş Komandanımızın mükəmməl sərkərdəliyi sayəsində torpaqlarımıza qovuşduq. Bu gün işğaldan azad olunmuş torpaqlarda quruculuq, abadlıq işləri gedir. 4 ildir ki biz bu bayramı qeyd edirik" deyə xalq artisti bildirib.
Siyavuş Kərimi bildirib ki, Zəfər bayramı öncəsi cənab prezidentin onu fərdi təqaüdlə mükafatlandırması sevincinin üstünə sevinc gətirib.
 
"Zəfər bayramı ərəfəsində cənab prezident mənim fəaliyyətimi çox yüksək qiymətləndirib, məni prezidentin fərqi təqaüdü ilə təltif etdi. Əlbəttə ki, çox xoşbəxtəm. Cənab prezidentə öz dərin təşəkkürümü bildirirəm. Azərbaycan Milli Konservatoriyası artıq 24 ildir fəaliyyət göstərir. Üzümüzə gələn il 25 yaşını qeyd edəcəyik. Özümü həm də ona görə xoşbəxt sayıram ki, Ulu Öndərin mənə verdiyi tapşırığı yerinə yetirdim. Bu gün Azərbaycan Milli Konservatoriyası ali məktəblər sırasında  ən öndə gedən təhsil ocaqlarından biridir" deyə xalq artisti bildirib.
Chosen
23
moderator.az

1Sources