EN

WSJ: Rusiya “Rosneft”, “Qazprom Neft” və “Lukoyl”u birləşdirərək meqaşirkət yaratmağı planlaşdırır

Rusiya hökuməti ölkənin ən böyük neft şirkətlərini – “Rosneft”, “Qazprom Neft” və “Lukoyl”u birləşdirmək planı üzərində işləyir.

Bu barədə “Wall Street Journal” mənbələrinə istinadən yazıb.

Nəşr iddia edir ki, bu ideya reallaşarsa, Səudiyyə Ərəbistanın dövlət neft şirkəti olan “Saudi Aramco”dan sonra dünyanın ikinci ən böyük neft hasilatçısı yaranmış olacaq.

Qeyd olunub ki, şirkətlərin top-menecerləri ilə dövlət rəsmiləri arasında danışıqlar bir neçə aydır davam edir. Bununla belə, yekunda razılaşmanın əldə olunub-olunmayacağı bəlli deyil.

WSJ-nin mənbələri qeyd edir ki, bir sıra maneələr, o cümlədən “Rosneft” və “Lukoyl” şirkətlərinin bəzi rəhbərlərinin narazılığı, həmçinin “Lukoyl” səhmdarlarına ödəniş etmək üçün vəsait toplamaq problemi var.

“Amma yenə də birləşmə baş verərsə, yeni korporasiya ABŞ-nin “ExxonMobil” şirkətindən təqribən üç dəfə çox neft hasil edə biləcək”, - nəşr yazıb.

Chosen
31
2
sam.az

3Sources