EN

Yerin Müşahidəsi icmasının iştirakı ilə dəyirmi masa keçiriləcək

Noyabrın 10-da Dünya İqtisadi Forumu (DİF), Deloitte şirkəti və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə COP29 çərçivəsində DİF-in Yerin Müşahidəsi Təşəbbüsünün icma üzvlərinin və yerli şirkətlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək. 

“İki sahil” xəbər verir ki,  tədbirdə Yerin müşahidəsi zamanı toplanılmış məlumatların iqlim və təbiət problemlərinin həllində istifadəsi, bu sahədə olan ən son texnologiya və inkişafla bağlı ekspertlər səviyyəsində müzakirələr aparılacaq.

Dünya İqtisadi Forumunun Yerin Müşahidəsi Təşəbbüsü dayanıqlı iqtisadi artım üçün Yerin kosmosdan müşahidəsindən kommersiya məqsədləri ilə istifadəni təşviq edir. Beləliklə həm qlobal iqtisadiyyata əlavə dəyər qatmaq, həm də istixana qazı emissiyalarını azaltmaq mümkün olacaq.

Chosen
42
ikisahil.az

1Sources