EN

İnsan alveri ilə məşğul olan qadınlara HÖKM OXUNDU

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən S.Nəbiyeva və E. Məmmədova tutulublar.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, onlarına barəsində başlanılmış cinayət işləri üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin hökmünə əsasən S.Nəbiyeva və E. Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Mənbə: yenisabah.az

Chosen
38
2
yenisabah.az

3Sources