EN

Valensiyada dağıdıcı daşqınlardan sonra kütləvi etiraz aksiyaları başlayıb

On minlərlə ispan dağıdıcı daşqınlardan sonra Valensiyada kütləvi etiraz aksiyalarına çıxıb.

APA xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Aksiyalar zamanı polislə toqquşma baş verib.

Etirazçılar asayış keşikçilərinə daş və fişəng atıb, polislər isə dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Sakinlər regionun rəhbəri Karlos Meysonun istefasını tələb edirlər. Onun hökuməti ləng fəaliyyətə görə tənqid olunur.

Chosen
41
apa.az

1Sources