EN

Qarabağın bərpası və mina təhlükəsi barədə sənədli film təqdim edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Jurnalist Giya Saralidze Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və mina təhlükəsi barədə "Mina sahələrinə ezamiyyət" adlı sənədli filmini təqdim edib.
Oxu.Az xəbər verir ki, film "Vestnik Kavkaza" resursunun "YouTube" səhifəsində yayımlanıb.
Jurnalist ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın hansı çətinliklərlə üzləşdiyindən danışıb.
"Işğaldan azad edilmiş ərazilərə tədricən həyat qayıdır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşa çiçəklənir, Ağdam dirçəlir, yollar çəkilir, lazımi infrastruktur qurulur. Eyni zamanda, Qarabağın bərpası işğalçılar tərəfindən minalanmış ərazilərin təmizlənməsi məsələsi ilə sıx şəkildə bağlıdır. ANAMA agentliyinin rəhbərliyi ilə çoxsaylı mütəxəssislər mina və partlamamış hərbi sursatların axtarışını həyata keçirirlər. Onların arasında sırf gənc qızlardan ibarət xüsusi dəstə də var", - deyə videomaterialda bildirilir.
Giya Saralidze hər gün həyatlarını təhlükəyə atan zərif cinsin nümayəndələri ilə söhbət edib, son illər ərzində bölgədə görülmüş quruculuq işlərini "əvvəl və sonra" formatında nümayiş etdirib.
Daha ətraflı sənədli filmdə:
Chosen
32
44
oxu.az

10Sources