EN

Tramp bunu etsə, Avropanın gələcəyi qaranlıq olacaq

Donald Tramp Ukrayna münaqişəsinin həllində Rusiya Prezidenti Vladimir Putinlə əməkdaşlıq edərsə, NATO və Qərb təhlükəsizlik sistemini qaranlıq gələcək gözləyir.

Turkustan.az xəbər verir ki, bunu “Blumberq”in yazarı Maks Qastinqs deyib.

“Avropa 1941-ci ildən bəri heç vaxt olmadığı qədər ABŞ-dan daha da uzaqda yeni həyata hazırlaşır. Ümumi mənzərə aydındır: Donald Tramp Vladimir Putinlə Ukrayna problemini həll etmək üçün verdiyi sözə əməl etsə, NATO və Qərbin kollektiv təhlükəsizliyinin gələcəyi qaranlıqdır. Co Bayden Avropanın təhlükəsizliyinin ABŞ-ın həyati maraqları arasında olduğuna inanan Ağ Evin sonuncu rəhbəri olacaq”, - Qastinqs bildirib./axar.az/

Chosen
74
2
turkustan.az

10Sources