Almaniya hökuməti Demokratlar Partiyasının namizədi Kamala Harrisin seçilməsinə stavka qoymaqla səhvə yol verib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu Almaniyanın Xristian-Demokratik İttifaqı Partiyasının sədri Fridrix Merts deyib.
“Donald Trampın yaxşı yaddaşı var. İndiki Almaniya hökuməti yeni ABŞ administrasiyasının hörmətindən yararlana bilməyəcək. Şolts hazırda beynəlxalq arenada topal ördəkdir", - Merts bildirib.
O, kansler seçiləcəyi təqdirdə ABŞ ilə münasibətlərdə Almaniyanın maraqlarını daha fəal müdafiə etmək və D.Trampla bərabər şərtlərlə danışmaq niyyətində olduğunu vurğulayıb.