EN

HƏMAS yeni liderini təyin etməyi planlaşdırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fələstinin HƏMAS hərəkatının rəhbərliyi Xəlil əl-Heyanı təşkilatın Siyasi Bürosunun yeni rəhbəri təyin etmək imkanını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzeti hərəkatdakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, HƏMAS lideri Yəhya Sinvarın Qəzza zolağında İsrail qüvvələri tərəfindən öldürülməsindən sonra hərəkata kollektiv şəkildə rəhbərlik həyata keçirilir. Eyni zamanda, qəzetin həmsöhbətləri hərəkatın liderinin seçilməsi üçün şərait yaradılarsa, Əl-Heyanın HƏMAS Siyasi Bürosunun yeni rəhbəri olacağını təsdiqləyiblər. HƏMAS-ın yeni liderinin seçilməsi hər an baş verə bilər, lakin onun kimliyi rəsmi olaraq açıqlanmayacaq.
"Asharq Al-Awsat"a görə, əl-Heya Qəzza zolağında Həmas Siyasi Bürosunun şöbəsinə rəhbərlik edir və Qəzzada atəşkəs üzrə məsləhətləşmələr üçün danışıqlar qrupuna rəhbərlik də daxil olmaqla, hərəkatın siyasətinin əsas sahələrində iştirak edir.
Chosen
74
50
oxu.az

10Sources