EN

Rusiyanın yaxın planı üzə çıxdı – Müttəfiqi ilə hücuma hazırlaşır

Rusiya Şimali Koreya qüvvələrinin də daxil olduğu on minlərlə hərbçidən ibarət böyük qrupla Ukrayna ordusunun Kursk vilayətindəki mövqelərinə hücum etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN rəsmi mənbələrə istinadla məlumat yayıb.

Kanal qeyd edir ki, yaxın günlərdə yeni hücum başlaya bilər.

Ukraynalı komandir CNN-ə deyib ki, Şimali Koreya qoşunları Kursk döyüşlərində, həmçinin Belqorod vilayəti və Ukraynanın işğal olunmuş ərazilərində müdafiə əməliyyatlarında iştirak edir:

Hərbçi əlavə edib ki, koreyalılar birbaşa hərbi əməliyyatlara da qoşulacaqlart.

“Bunlar üç tam döyüş briqadasıdır. Təsəvvür edin ki, indi düşmən 10 min əsgərini ikinci müdafiə xəttindən çıxarır, Şimali Koreya əsgərlərini orada yerləşdirir və bu üç briqadanı aktiv döyüş əməliyyatlarının getdiyi yerlərdən birinə göndərir. Üç briqada əhəmiyyətli bir resursdurmu? Bəli, bu önəmli bir mənbədir”, - komandir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
31
13
teleqraf.com

10Sources