“Ankaragücü”nün türkiyəli referi Halil Umut Melere hücum edən keçmiş prezidenti Faruk Kocanın məhkəməsi ilə bağlı yekun qərar açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
F.Koca 3 il 7 ay 22 gün həbs cəzası alıb. Bundan əlavə, ona digər cinayətlərə görə verilən cəzaların elanının təxirə salınması haqda qərar qəbul edilib.
F.koca ötən mövsüm Türkiyə Superliqasının 15-ci turunda "Rizesppor"la oyundan (1:1) sonra idarəçilikdən narazı qalaraq hakim Halil Umut Meleri yumruqla vurmuşdu. Həmin matçdan sonra istefa verən klub rəhbərinin məhkəməsi 1 il idi ki, davam edirdi.