EN

De Byazi milli komandada işləmək istəyir

Millimizin baş məşqçi postundan ayrılan Canni De Byazi daha bir yığmada işləmək istəyir.

"Football-plus.az" xəbər verir ki, 67 yaşlı mütəxəssis bu barədə "Sky Sport 24" nəşrinə açıqlama verib. İtaliyalı baş məşqçi hazırda axtarışda olduğunu bildirib:

"Belə bir variant var. Ümid edirik ki, o, reallaşacaq. Amma müqavilə imzalanana qədər danışmamaq daha yaxşıdı. Ümid edirəm ki, əldə etdiyim təcrübəyə və göstərdiklərimə görə komanda tapa biləcəyəm".

Qeyd edək ki, Canni de Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Komanda AÇ-2024-ün seçmə mərhələsində 7 xalla yer aldığı F qrupunda 4-cü yeri tutub. O, daha əvvəl Albaniya millisində işləyib və bu yığma ilə 2016-cı ildə baş tutan Avropa çempionatına vəsiqə qazanıb.
Chosen
175
10
football-plus.az

10Sources