EN

Tanınmış futbolçu karyerasını başa vurdu

Fransa millisinin və Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Bafetimbi Qomis karyerasını bitirib.

Sportnet.az xəbər verir ki, bu ilin sentyabr ayında klubsuz qalan hücumçu futbolla vidalaşıb. O, son olaraq Yaponiyanın "Kavasaki Frontale" komandasında çıxış edib.

Qeyd edək ki, Bafetimbi Qomis karyerası ərzində "Qalatasaray"la yanaşı, ölkəsinin "Lion" və "Marsel" komandalarının, eləcə də İngiltərənin "Suonsi" klubunun formasını geyinib. O, Fransa millisinin heyətində 12 oyunda 3 qolla yadda qalıb.


Chosen
27
4
sportnet.az

10Sources