EN

Atası Yamalla nə haqda söhbət edərkən ağlayıb?

"Barselona"nın cinah oyunçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun bir neçə "Qızıl top"u qazana biləcəyinə inanır.

Publika.az xəbər verir ki, Nasraui bu barədə “France Football”a müsahibəsində deyib.

“Onun ulduz olduğunu, başqaları kimi olmadığını tez başa düşdüm. Çox erkən yaşlarından uşaq arabasında top var idi.

Mən həmişə ona inanmışam, dostlarıma onun dünyanın ən yaxşı oyunçusu olacağını, əsl almaz olduğunu daima deyirdim. O, meydanda və meydandan kənarda əvvəlki kimi qalmalı, əylənməlidir. İndi o, kişi olub. Keçən gün bu barədə ona danışdım və göz yaşlarımı saxlaya bilmədim.

Chosen
19
50
publika.az

10Sources