EN

Məşhur futbolçu karyerasını başa vurdu

style='margin-bottom:10px;'>

Fransa millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Bafetimbi Qomis futbolçu karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.

"Sent-Etyen"in yetirməsi olan Qomis "Trua", "Lion", "Suonsi", "Marsel", "Qalatasaray", "Əl-Hilal" və "Kavasaki"də çıxış edib. O, karyerası ərzində 795 rəsmi matçda 350 qol və 75 məhsuldar ötürmə edib.  

Qomis Türkiyə Superliqası (2), Fransa kuboku (1), Fransa Superkuboku (1), Səudiyyə Ərəbistanı Liqası (3), Səudiyyə Ərəbistanı Kuboku (1), Asiya Çempionlar Liqası (2), Yaponiya kuboku (1), Yaponiya Superkubokunu (1) qazanıb.

Chosen
5
3
teleqraf.com

4Sources